SprintFit.az
5-14 yaş uşaqlar üçün atletika məşqləri
•Sürətin, gücün, dözümlülüyün inkişafı
•Ümumi fiziki hazırlıq
•Yarışlara hazırlıq
24/06/2026
Bilgahda keçirilən Campood Yay Düşərgəsindən unudulmaz anlar! ☀️🏕️
Səlimova İnci, Qədimov Nahid, İbrahimli Ümid, Əhədli Bahar və Babayeva Kamila 22 - 26 uyul tarixlərində təşkil olunan düşərgədə maraqlı və əyləncəli vaxt keçirirlər.
Qeyd edək ki, idmançılarımız 31 may 2026-cı il tarixində keçirilən Kids Athletic Run yarışında öz yaş qruplarında I yerə layiq görülərək bu düşərgədə iştirak imkanını qazanıblar. 🏆👏
Uşaqlar üçün belə maraqlı, faydalı və yaddaqalan bir yay proqramı təşkil etdiyinə görə .az Campood Yay Düşərgəsinə və Azərbaycan Atletika Federasiyasına təşəkkürümüzü bildiririk. 🤝✨
İdmançılarımıza xoş istirahət və yeni uğurlar arzulayırıq! 🌟
15/06/2026
12–13 iyun tarixlərində keçirilən Azərbaycan Çempionatında idmançımız İsrafili Loğman böyüklər arasında 800 metr məsafəyə qaçış üzrə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülmüş və Azərbaycan çempionu olmuşdur. 🏆👏
Eyni zamanda idmançımız Sloveniyada keçiriləcək U-18 Balkan Çempionatına vəsiqə qazanmışdır. 🇸🇮
İsrafili Loğmanı bu möhtəşəm uğuru münasibətilə təbrik edir, gələcək yarışlarda da yeni qələbələr arzulayırıq! 🏃♂️✨
01/06/2026
Ən gözəl qələbə – xoşbəxt uşaqlıqdır!🏆
SprintFit ailəsinin dəyərli üzvləri, əziz idmançılarımız! Sizi 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə ürəkdən təbrik edirik.
Hər birinizin həyat yolu sevinc, sağlamlıq, uğur və yeni nailiyyətlərlə dolu olsun. Gülüşünüz heç vaxt əskik olmasın, xəyallarınız isə sizi daim yeni zirvələrə aparsın!
Bayramınız mübarək!🩵
31/05/2026
Komandamızdan möhtəşəm nəticə!🏆
SprintFit komandasının idmançıları 31 may 2026-cı il tarixində keçirilən Kids Athletics Run yarışında uğurla çıxış edərək yüksək nəticələr əldə etdilər!
🏃♂️ 1000 m üzrə (oğlanlar)
🥇 Nahid Qədimov – 1-ci yer
🥈 Osman Aslanov – 2-ci yer
🏃♀️ 800 m üzrə (qızlar)
🥇 İnci Səlimova – 1-ci yer
🏃♂️ 800 m üzrə (oğlanlar)
🥇 Ümid İbrahimli – 1-ci yer
🥈 Hatəm Əbdurəhmanlı – 2-ci yer
🏃♀️ 600 m üzrə (qızlar)
🥇 Bahar Əhədli – 1-ci yer
🥉 Ayan Vəlizadə – 3-cü yer
🏃♀️ 400 m üzrə (qızlar)
🥇 Kamilla Babayeva – 1-ci yer
🏅Komandamız yarışda ümumilikdə 8 medal qazanıb: 5 qızıl, 2 gümüş və 1 bürünc medal.
Hər bir idmançımızı göstərdikləri əzm, zəhmət və uğurlu çıxışlarına görə təbrik edirik. Yeni qələbələrə doğru birlikdə irəliləyirik!🩵
09/05/2026
08–09 may tarixlərində keçirilən Bakı Çempionatında SprintFit komandasının idmançıları uğurla çıxış etdilər!
400 metr məsafədə idmançımız Tağıyev Nihad 49.57 nəticə göstərərək Fransada keçiriləcək Avropanın Kiçik Ölkələrinin Çempionatına lisenziya qazandı. 🇫🇷👏
Eyni zamanda idmançımız İsrafili Loğman 800 metr məsafədə 1:58.27 nəticə göstərərək şəxsi rekordunu yenilədi və yarışın 2-ci yerinin sahibi oldu. 🥈🔥
Mərdanov Nurlan isə 400 metr məsafədə 51.62 nəticə göstərərək şəxsi rekordunu yenilədi. 💪✨
Bu möhtəşəm uğurlar münasibətilə idmançılarımızı və onların inkişafında böyük əməyi olan, daim dəstəyi, motivasiyası və peşəkarlığı ilə komandanı uğura aparan məşqçi Anar müəllimi ürəkdən təbrik edirik! 👏🏆🇫🇷
02/05/2026
Sprintfit komandası Bakı birinciliyi yarışının 2-ci günündə də uğurla çıxış etdi 💪🔥
Nəticələrimiz:
🏃♂️ 200 metr (oğlanlar) – Qasanov Roman 🥇 1-ci yer
🏃♀️ 200 metr (qızlar) – Səlimova İnci 🥈 2-ci yer
🏃♂️ 800 metr (oğlanlar) – Qədimov Nahid 🥉 3-cü yer
🏃♀️🏃♂️ 4x100 estafet (qarışıq) – 🥈 2-ci yer
Komanda üzvləri:
✨ Heydərova Xədicə
✨ Səlimova İnci
✨ Ələkbərli Sənan
Bu uğurlarda əziyyəti böyük olan məşqçimiz Yusifov Anarı da xüsusi olaraq təbrik edirik 👏
Bütün idmançılarımızı ürəkdən təbrik edirik! 👏
Əzminiz, zəhmətiniz və komanda ruhunuz sizi daha böyük qələbələrə aparsın 🚀🏆
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Baku
